QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF

Türk ölkələri arasında imzalanmış razılaşmaların 60 faizdən çoxu artıq icra edilib.

Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyev bu gün Qəbələdə keçirilən TDT Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.

“Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmadan sonra burada toplanmağımız xüsusi simvolik məna daşıyır. Türk Dövlətləri Təşkilatının (TDT) nüfuzu hər il artır və onun fəaliyyəti regionda sülh və əməkdaşlığa mühüm töhfə verir.

Qırğızıstanın sədrliyi dövründə 124 tədbir təşkil olunub, onlardan 29-u nazirlər səviyyəsində keçirilib. Türk ölkələri arasında imzalanmış razılaşmaların 60 faizdən çoxu artıq icra edilib ki, bu da təşkilat daxilində qarşılıqlı əməkdaşlığın yüksək səviyyəsini göstərir”, - o qeyd edib.