QƏBƏLƏ, 7 oktyabr. TELEQRAF
"Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla əldə etdiyi sülh razılaşması alqışlayırıq".
Teleqraf-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 12-ci Zirvə görüşündə çıxışı zamanı bildirib.
“Naxçıvan Sazişi Türk Dövlətləri Təşkilatının (TDT) əsasını qoyan çox mühüm sənəddir. Son illərdə atılan addımlar nəticəsində Təşkilat daha da güclənib və bu gün qlobal güc mərkəzinə çevrilməkdədir.
Keçən il TDT-nin Zirvə görüşü Qırğızıstanda keçirilib. Qırğızıstanın sədrliyi dövründə 124 yüksək səviyyəli görüş təşkil olunub ki, bu da üzv ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edib.
Bu ilki Zirvə görüşünün mövzusu indiki dövrdə son dərəcə aktualdır. Biz daim sülhün tərəfdarıyıq. Bu baxımdan Prezident İlham Əliyevin Ermənistanın Baş naziri Nikol Paşinyanla əldə etdiyi sülh razılaşması alqışlayırıq”,- o qeyd edib.