BAKI, 11 avqust. TELEQRAF

"Bölgədə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin sərbəst axını bütün region ölkələrinin xeyrinə olacaq".

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.

"Azərbaycan Prezidenti İlham Əliyevlə şənbə günü danışdım. 30 illik işğaldan sonra Qarabağın azad edilməsi nəticəsində bölgədə yeni reallıq yaranıb. 8 avqust tarixində Vaşınqtonda verilən qərar Cənubi Qafqazda qalıcı sülhün bərqərar olmasına gedən tarixi bir yoldur. Azərbaycana yönələn məhdudiyyətlər gündəmdən düşəcək. Bunlardan məmnuniyyət duyduğumu İlham qardaşıma çatdırdım, Türkiyə olaraq daim Azərbaycanın yanında olacağımızı bildirdim".

Ermənistanın baş naziri Nikol Paşinyanla da telefon danışığının olduğunu bildirən R.T.Ərdoğan qeyd edib ki, sülh nəticəsində bölgəmizdə nəqliyyat-kommunikasiya xətlərinin, sərhədlərin açılması, ticarətin sərbəsrt axını bütün regiondakı bütün ölkələrinin xeyrinə olacaq:

"Sabah Gürcüstan Prezidenti Mixeil Kavelaşvilini Ankarada qonaq edəcəyik. Balkanlardan Qafqaza, Afrikadan Asiyaya qədər sabitliyin bərqərar olması üçün mübarizəmizi davam etdirəcəyik".