BAKI, 11 avqust. TELEQRAF
Azərbaycanla Ermənistan arasında imzalanan Saziş Tərəflərin öz milli qanunvericiliklərinə uyğun olaraq daxili prosedurların bitməsi barədə bildiriş sənədlərinin mübadiləsindən sonra qüvvəyə minəcək.
Teleqraf xəbər verir ki, bu, Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişinin mətnində əksini tapıb.
Sazişin tam mətninin 16-cı maddəsində qeyd edilib ki, bu Saziş BMT Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq qeydiyyatdan keçiriləcək.
Qeyd edək ki, avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın iştirakı ilə Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in mətnini paraflayıblar.