BAKI, 22 iyul. TELEQRAF

Almanların 60%-dən çoxu kansler Fridrix Mertsin işindən narazı olduqlarını bildiriblər.

Teleqraf xəbər verir ki, sorğu nəticələrinə görə, narazılıq səviyyəsi 64%-ə çatıb ki bu da Merz vəzifəyə gəldikdən bəri ən yüksək göstəricidir.

Merzin siyasətindən razı qalan vətəndaşların payı 32%-ə düşüb ki, bu da əvvəlki həftədən üç pillə aşağıdır.

Tənqid səviyyəsi xüsusilə Almaniyanın şərqində yüksəkdir: respondentlərin 74%-i kanslerin hərəkətlərindən narazıdır, yalnız 19%-i onları bəyənir. Ölkənin qərbində narazılıq səviyyəsi 62% təşkil edir, respondentlərin 34%-i isə kanslerin işindən razıdır.