BAKI, 22 iyul. TELEQRAF
Respublika Hərbi Prokurorluğunda kadr islahatları davam edir.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.
Əmrə əsasən, ədliyyə polkovnik-leytenantı İsmayılov Bayram Söhbət oğlu Qubadlı hərbi prokurorunun müavini təyin olunub.
Xatırladaq ki, 2005-ci ildən Azərbaycanın Hərbi prokuroru olan Xanlar Vəliyev aprelin 8-də təqaüdə göndərilib.
Prezident İlham Əliyevin mayın 13-də imzaladığı sərəncamla, Bəhruz Əhmədov Baş prokurorun müavini-Hərbi prokuror təyin edilib.