BAKI, 22 iyul. TELEQRAF
Rusiya Avropa İttifaqının sanksiyalarına cavab olaraq, Avropa institutlarının və təşkilata üzv ölkələrin Rusiyaya girişi qadağan olunmuş nümayəndələrinin siyahısını əhəmiyyətli dərəcədə genişləndirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Aİ-nin Rusiyaya qarşı düşmənçilik fəaliyyəti rəsmi Moskvanın siyasətinə heç bir təsir göstərə bilməz. Rusiya öz milli maraqlarını müdafiə etmək və yeni ədalətli dünya nizamını qorumaq kursunu davam etdirəcək. Aİ-nin sonrakı sanksiya qərarları da vaxtında və adekvat cavab alacaq", - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.