BAKI, 14 iyun. TELEQRAF
Rusiyanın bir qrup mədəniyyət və incəsənət xadimi İrandan Azərbaycana təxliyə olunub.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, onlar Astara sərhəd-keçid məntəqəsindən ölkəyə daxil olublar.
Təxliyə olunanlar arasında Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyəti, Rusiyanın Xalq artisti və rejissor Fyodor Bondarçuk da var.
Azərbaycan hökuməti təxliyə olunan əcnəbiləri daşımaq üçün əraziyə avtobuslar göndərib.
Bundan başqa sərhəd-keçid məntəqəsinə təcili tibbi yardım briqadası ezam olunub.
Qeyd edək ki, bəzi xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsi üçün yardım istəyib. Azərbaycan dövləti humanitar prinsipləri rəhbər tutaraq həmin şəxslərin təxliyəsi üçün şərait yaradır. Bu gün səhər saatlarında 6 nəfər Qazaxıstan vətəndaşlarından ibarət ilk heyət Azərbaycana təxliyə edilib.






