BAKI, 15 may. TELEQRAF
Azərbaycanda xüsusi icra institutunun tətbiqi ilə bağlı müəyyən işlər görülür və icra qanunvericiliyinin təkmilləşdirilməsi məqsədilə böyük bir islahat paketi hazırlanıb.
Teleqraf xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Toğrul Hüseynov "Caspian Energy Club" və Azərbaycan Milli Biznes Assosiasiyası tərəfindən keçirilən Milli Biznesin İnkişafı Forumunda çıxışı zamanı deyib.
O həmçinin bildirib ki, bu islahat paketi artıq hökumətə təqdim olunub.
Nazir müavini qeyd edib ki, ölkədə icra sahəsinin səmərəliliyini artırmaq və hüquqi mühitin daha da təkmilləşdirilməsi üçün xüsusi icra institutunun tətbiqi istiqamətində ciddi addımlar atılıb. Bu institut, yerli icra strukturlarının daha çevik və operativ şəkildə fəaliyyət göstərməsinə imkan verəcək.