
BAKI, 20 mart. TELEQRAF
Ermənistan və Azərbaycan arasında sülh sazişi imzalanmağa hazırdır.
Teleqraf xəbər verir ki, bunu Braziliyada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Müqavilə imzalanmağa hazırdır, Ermənistan da regionda davamlı sülhün bərqərar olması üçün mühüm sütuna çevrilə biləcək müqaviləni imzalamağa hazırdır.
Digər mühüm sütunlara sərhədlərin demarkasiyası və regional kommunikasiya marşrutlarının açılması daxildir. Keçən il 12 kilometrdən çox sərhəd xəttinin delimitasiya və demarkasiyasını uğurla həyata keçirərək, prosesdə mühüm irəliləyiş əldə etmişik”, - nazir bildirib.
Mirzoyan iddia edib ki, Ermənistan Azərbaycanla dəmir yolunu açmağa da hazırdır.