Ukrayna prezidenti Vladimir Zelenski ölkədə hərbi vəziyyətin və səfərbərliyin avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanunları imzalayıb.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın saytında məlumat verilib.