İsrailin Baş naziri Binyamin Netanyahunun almaniyalı, italiyalı və britaniyalı həmkarları Olaf Şolts, Corcio Meloni və Rişi Sunak, həmçinin Ukrayna Prezidenti Vladimir Zelenski ilə telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Baş nazirinin mətbuat xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, bu ölkələrin liderləri İsrailin lazım gəldikdə özünü müdafiə etmək hüququnu birmənalı dəstəklədiklərini bildiriblər.
Oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub.