Azərbaycan haqlı olaraq təxribatlara cavab verir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasında deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, Azərbaycan-Ermənistan şərti sərhəddində erməni tərəfinin himayədarlarının köməyi ilə törətdiyi təxribat şiddətlə qınanılır:

"Azərbaycanın suveren sərhəddini pozmaq istəyirlər. Amma Azərbaycan haqlı olaraq bu təxribatlara cavab verir və bundan sonra da verəcək".