Türkiyənin Antalya şəhərində əri tərəfindən üzünə və qollarına qaynar yağ tökülən Zeliha Acar adlı qadının sağaldıqdan sonrakı həyatı əsl mübarizlik hekayəsidir.

2009-cu ildə boşanmaq ərəfəsində olduğu həyat yoldaşı Əli G. yatdığı vaxt Zelihanın üstünə qaynar yağ töküb. Üzündə və qollarında ciddi yaralar olan qadına heç ailəsi də sahib çıxmayıb. Qadın 8 və 9 yaşlarında olan 2 uşağını kimsəsizlər evinə vermək məcburiyyətində qalıb.

Müalicədən sonra avtoyuma məntəqəsində işləyən qadın bir müddət sonra servis sürücüsü kimi fəaliyyət göstərib. Nəhayət, özünə avtomobil alan Zeliha Acar 3 il yarımdan sonra uşaqlarını kimsəsizlər evindən götürüb.

Hazırda 44 yaşı olan Z.Acar "Hər şeyi övladlarıma görə edirəm. Artıq onları dolandıra biləcək qədər pul qazanıram" deyib.

Qeyd edək ki, həyat yoldaşının üstünə qaynar yağ tökən Əli.G 5,5 il müddətinə azadlıqdan məhrum edilsə də, 3,5 il sonra azadlığa buraxılıb.

Uğur