Hindistanda iki dost arasında düşən mübahisə ölümlə nəticələnib.

Ronaldo fanatı olan Obinna adlı şəxs Messiyə rəğbət bəsləyən dostu Nuabu ilə mübahisə edib. Tərəflər hansı futbolçunun daha üstün olduğuna aydınlıq gətirmək istəyiblər.

Qızışan mübahisə əsnasında Ronaldonun azarkeşi dostuna şüşə qab atıb. Messi azarkeşi isə yerdəki şüşə qırıntıları ilə qarşısındakını öldürüb. //sport7.az