İngilis turist 23 yaşlı Adam Burton və fransız dostu 28 yaşlı Erik Xavier Mariek Perudakı "Machu Picchu" xarabalarında fotokameralara çılpaq poz verdikləri üçün saxlanılıblar.

Polis qeyri-əxlaqi davranış səbəbi ilə nəzarətə alınan gənclərin cib telefonundakı fotoşəkilləri mətbuata təqdim edib.

Polis əməkdaşı mətbuata verdiyi açıqlamada turistlərin hərəkətlərinin səbəbini izah etməkdə çətinlik çəkdiyini deyib:

"Niyə bura gəlib belə bir şey etdiklərini, həqiqətən, anlaya bilmədim".

Peru xarici işlər nazirliyindən verilən açıqlamada ingilis və fransız səlahiyyətlilərinin məsələ ilə bağlı danışıq apardığı qeyd edilib.

2014-cü ildə Peru hüquq mühafizə orqanları 2014-cü ildə bölgədə çılpaq poz verən turistlərin artması səbəbi ilə mühafizəni gücləndirmişdi.

Qeyd edək ki, analoji hadisə 2015-ci ildə Azərbaycanda da qeydə alınıb. İnstaqram-da @myassthetics profili ilə məşhur olan əcnəbinin Bakıda da Qız qalasına çıxıb çılpaq foto çəkdirməsi böyük səs-küyə səbəb olmuşdu.(modern.az)