Professor Mete Üngör diş qıcama hallarının artdığını və bəzi qidaların bunda təsirli olduğunu bildirib.
Mete Üngör "Çatlamış və qırıq dişlər” seminarında çıxışında diş qıcama problemi yaşayanların sayının artdığını bildirib. Stamatoloqun sözlərinə görə, buna əsasən stress kimi psixoloji amillər səbəbdir. Həmçinin, fındıq, fıstıq və buzun da rolu var.
Ankara Universiteti diş həkimliyi fakültəsinin kafedra rəhbəri Mete Üngör çıxışında fındıq, fıstıq və buz yeməyin də diş qıcırdatmağa, dişlərin çatlamasına və qırılmasına təkan verdiyini, insanların bundan qaçması lazım olduğunu ifadə edib.(publika.az)