BBC-nin Ermənistan xidmətinin əməkdaşı Mark Qriqoryan işğal altındakı Kəlbəcər rayonundan fotoreportaj hazırlayıb.

Teleqraf.com xəbər verir ki, erməni jurnalistin BBC üçün hazırladığı fotoreportaj BBC-nin bir çox xidmətlərində yerləşdirilib.

Reportajda Xudavəng kəndi ermənicə Dadivank kimi təqdim olunur və kəndin yaxınlığında yerləşən alban məbədi Xudavəng erməni kilsəsinə aid monastır kompleksi kimi təqdim olunur.

Kəndin 27 evdən ibarət olduğu və 80-ci illərin sonunda Bakıdan, Sumqayıtdan, Gəncədən və Goranboydan gələn ermənilər tərəfindən məskunlaşdırıldığı bildirilir.