BAKI, 13 oktyabr. TELEQRAF

“Avroviziya” təmsilçimiz Samirə Əfəndi Qazaxıstanda səhhətinin pisləşməsi haqda yayılan xəbərlərə münasibət bildirib.

İfaçı Teleqraf-a açıqlamasında deyib ki, hadisə bir ay əvvəl baş verib.

“Hazırda səhhətim yaxşıdır. Narahatlığa səbəb yoxdur. Hadisə bir ay əvvəl baş verib, videonu bu gün yayıblar", - Samirə Əfəndi əlavə edib.

Qeyd edək ki,Samirə Əfəndi Qazaxıstanda keçirilən “Silk way Star” yarışmasında müsabiqədə jüri kürsüsündə əyləşən zaman halı pisləşib.