BAKI, 17 aprel. TELEQRAF

Rusiya ilə qarşılıqlı ticarət dövriyyəsinin həcminin artırılması, tranzit potensialının gücləndirilməsi və Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizlərinin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində işlər davam etdirilir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib:

"Şimal–Cənub və Şərq–Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin yeni qolları, avtomobil magistralları, körpülər və Azərbaycan–İran sərhədində sərhəd-keçid məntəqələrinin tikintisi ilə tanış olduq. Bu infrastruktur gündəlik minədək yük avtomobilinin keçidinə şərait yaradacaq. Eyni zamanda, Zəngəzur Dəhlizinin əsas həlqəsi olan Horadiz-Ağbənd dəmiryolunun tikintisi ilə tanış olduq".