BAKI, 28 aprel. TELEQRAF

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Səudiyyə Ərəbistanının Kiçik və Orta Müəssisələr Baş İdarəsi arasında əməkdaşlıq rəsmiləşdirilib.

Teleqraf xəbər verir ki, bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sosial şəbəkə hesabında paylaşım edib.

"Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə Komissiyasının 8-ci iclası çərçivəsində Kiçik və Orta Müəssisələr üzrə Baş İdarə ilə əməkdaşlığımızı rəsmiləşdirməkdən məmnunluq duyuram. Ölkələrimiz arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsini səbirsizliklə gözləyirəm", - deyə o qeyd edib.