Türkiyənin “Fənərbağça” klubu UEFA Avropa Liqasının Liqa mərhələsinin VII turunda Fransa “Lion”unu qəbul edib.

Teleqraf.com xəbər verir ki, İstanbuldaki "Şükrü Saracoğlu" stadionunda keçirilmiş oyun qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.

"Fənərbağça" bu oyundan sonra 9 xalla 19-cu, "Lion" isə 14 xalla 3-cü pillədə qərarlaşıb.