BAKI. 8 iyul. TELEQRAF

Portuqaliyanın Koimbra şəhərində batut gimnastikası və tamblinq üzrə beynəlxalq turnir keçirilib.

Teleqraf xəbər verir ki, turnirdə Azərbaycan milli komandasının üzvləri müxtəlif əyarlı medallar qazanıblar.

Batut gimnastikası üzrə fərdi proqramda:

Selcan Mahsudova - 54.720 xal, I yer
Məhəmməd Həsənli - 47.410 xal, I yer
Aylin Ağazadə - 45.270 xal, III yer

İkili-mini batut proqramı üzrə:

Fərhad Mustafayev - 22.000 xal, II yer

Tamblinq üzrə:
Sənan Rzazadə - 85.600 xal, I yer
Hüseyn Əsədullayev - 23.500 xal, II yer.