BAKI. 20 aprel. TELEQRAF

Azərbaycanlı akrobatlar Avropa çempionatında uğurlu nəticə qazanıblar.

Bu barədə Teleqraf-a Azərbaycan Gimnastika Federasiyasından məlumat verilib.

Daniel Abbasov və Murad Rəfiyevdən ibarət kişi cütlüyü qitə birinciliyində qarışıq hərəkətlərdə 84.600 xalla gümüş medalın sahibi olublar.