BAKI, 7 mart. TELEQRAF

Azərbaycanın idman gimnastı İvan Tixonov Bakıda keçirilən Dünya Kubokunda finala vəsiqə qazanıb.

Teleqraf xəbər verir ki, turnik üzrə hərəkətdə İvan Tixonov 12.200 xalla 8-ci olaraq finala adlayıb.

Qeyd edək ki, daha əvvəl Azərbaycan gimnastlarından Dəniz Əliyeva və Murad Ağarzayev dayaqlı tullanma üzrə, Nikita Simonov isə halqalar üzrə hərəkətdə adını həlledici mərhələyə yazdırıb. Bu mərhələnin yarışları martın 8-9-da təşkil olunacaq.

***

15:57

BAKI, 7 mart. TELEQRAF

Azərbaycanın idman gimnastı Murad Ağarzayev Bakıda keçirilən Dünya Kubokunda finala yüksəlib.

Teleqraf xəbər verir ki, 27 yaşlı idmançı dayaqlı tullanma üzrə hərəkətlərin icrasında 12.966 xal toplayaraq həlledici mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, Azərbaycan gimnastlarından Dəniz Əliyeva (dayaqlı tullanma) və Nikita Simonov (halqalar) da adlarını finala yazdırıblar. Bu raundun yarışları martın 8-9-da təşkil olunacaq.