
BAKI, 21 fevral. TELEQRAF
Azərbaycan milli komandasının atleti Yekaterina Sarıyeva Türkiyənin İstanbul şəhərində keçirilən Ruhi Sarıalp tullanmalar kubokunda iştirak edib.
Teleqraf xəbər verir ki, 29 yaşlı atlet qadınlar arasında üçtəkanla tullanma növü üzrə 13.38 m nəticə ilə gümüş medal qazanıb.
Qeyd edək ki, Yekaterina Sarıyeva İslam Həmrəylik Oyunlarının 2013-cü il çempionu, 2017-ci il gümüş mükafatçısı və 2021-ci il bürünc medalının sahibidir. O, 11 qat Azərbaycan çempionudur.