BAKI, 9 aprel. TELEQRAF

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Teleqraf xəbər verir ki, iclasda Bizon Azərbaycan Kubokunda yarımfinalın ilk oyunu ilə bağlı cəzalar açıqlanıb.

Aprelin 3-də “Turan Tovuz” – “Zirə” görüşündə meydan sahiblərinin azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimələnib.

Görüş bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat ziyana düşüb.

“Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimələnib.

Qeyd edək ki, klub rəsmisi 0:2 hesabı ilə uduzduqları oyundan sonra matçın baş hakimi Əliyar Ağayevin ünvanına tənqidi fikirlər səsləndirib.Daha öncə Ehtiram Quliyevə ağır cəza veriləcəyi ilə bağlı saytımızda xəbər dərc olunub.