AĞCABƏDİ, 23 aprel. TELEQRAF

Ağcabədidə Kür çayının bəndinin dağılması ilə bağlı əraziyə 8 rayondan qüvvələr gətirilib.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, Kür çayının Ağcabədi rayonu Nəcəfqulubəyli kəndi ərazisində keçən bəndinin dağılmış hissəsində bərpa işləri aparılır.

Əraziyə Ağdam, Ağcabədi, Bərdə, Yevlax, Tərtər, Beyləqan, İmişli və Füzuli rayonlarından texnika və canlı qüvvə cəlb edilib.

Hazırda ərazidə bərpa işləri fasiləsiz şəkildə davam etdirilir.

****

11:01

Kür çayının Ağcabədi rayonu ərazisindən keçən hissəsində bənd uçub.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, son günlər yağan aramsız yağışlar Kürdə suyun səviyyəsini qaldırıb.

Nəticədə çayın Ağcabədi rayonunun Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində, Qarqarçayın Kürə birləşdiyi ərazidə bənd yarılıb.

Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib. Ərazidə vəziyyət nəzarətdə saxlanılır.