BAKI, 16 may. TELEQRAF

Yeni “Sarmat” strateji raket sistemi bütün mövcud raketdən müdafiə sistemlərini yarmağa qadirdir və buna görə xüsusi reklam tələb etmir.

Teleqraf xəbər verir ki, bu sözləri Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.

Onun sözlərinə görə, RS-28 Sarmat kimi strateji uzaqmənzilli sistemlərin dünyada analoqu yoxdur.

“Hazırda heç kimin oxşar strateji uzaqmənzilli sistemləri yoxdur. Bu sistem həm mövcud, həm də hələ inkişaf mərhələsində olan bütün raketdən müdafiə sistemlərini etibarlı şəkildə deşməyə qadirdir”, – deyə Ryabkov bildirib.

O bildirib ki, mütəxəssislər bu imkanlardan xəbərdardırlar. “Sarmat”ın imkanları artıq Rusiya Müdafiə Nazirliyi tərəfindən yayılan buraxılış görüntülərində özünü göstərir və bu səbəbdən əlavə reklama ehtiyac yoxdur".