İran hökuməti İran və Tacikistan arasında viza rejimini ləğv edən sazişi təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə İranın “Şəfəqna” xəbər agentliyi məlumat yayıb.

“İran Nazirlər Kabinetinin qərarına əsasən, fevralın 3-dən etibarən Tehran və Düşənbə arasında hava nəqliyyatı ilə səyahət zamanı vizasız rejim yaradılacaq ”, - məlumatda deyilir.

Adi beynəlxalq pasport sahibləri də vizasız rejimdən yararlana biləcəklər. Onlar 90 gün müddətində ölkədə qala biləcəklər.