LƏNKƏRAN. 6 sentyabr. TELEQRAF
Lənkəranda dəmiryolu vağzalı yaxınlığında yerləşən marketlərin birinin qarşısında 33 yaşlı qadın bıçaqlanıb.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, qadın Astara rayonunun Təngərüd kənd sakini Mehriban Qubalı qızı Bəxtiyarovadır.
Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb. Dərhal əməliyyat olunub.
Hadisənin kim və ya kimlər tərəfindən törədilməsi, həmçinin digər təfərrüatlar araşdırılır.
Faktla bağlı araşdırma davam etdirilir.