75 kiloqram çəki dərəcəsində təmsilçimiz Xaybula Musalov fransız Kristian Haller-Assomo Mbilli ilə qarşılaşıb.

Birinci raund həmyerlimizin üstünlüyü ilə keçib. Növbəti iki raundu da möhtəşəm keçirən təmsilçimiz görüşün qalibi oldu: 3-0.

Beləliklə, bu gün təmsilçilərimiz keçirdikləri hər beş qarşılaşmadan qalib ayrılıb.

20:46

Azərbaycan boksçusu Lorenzo Sotomayor (64 kq) Moldovadan olan Dmitri Qalaqotla qarşılaşır.

Birinci raundda rəqibinə aman verməyən boksçumuz üstünlük qazanıb. Sotomayor ikinci raundda da daha çox xal toplamağı bacarıb. Üçüncü raundda da gözəl döyüş göstərən həmyerlimiz 3-0 hesabı ilə qalib gəlib.

15:48

Azərbaycanı 91 kiloqram çəki dərəcəsində təmsil edən Abdulqadir Abdullayev macarıstanlı Adam Hamori ilə qarşılaşır. Hər üç raundda rəqibinə aman verməyən boksçumuz rəqinbinə 3-0 hesabı ilə qalib gəlib.

14:33

69 kiloqramda mübarizə aparan daha bir boksçumuz Pərviz Bağırov Belorusdan olan Vasili Belousla döyüşə çıxıb. İlk iki raund həmyerlimizin üstünlüyü ilə keçib. Üçüncü raundu da möhtəşəm keçirən boksçumuz görüşü 3-0 hesablı qələbə ilə bitirib.

13:44

Azərbaycanı 57-60 kiloqram çəkidə təmsil edən Yana Alekseyevna Finlandiya təmsilçisi Mira Potkonenlə qarşılaşır. İlk raund təmsilçimizin xeyrinə başa çatdı. İkinci raundu da üstün keçirən aərbaycanlı boksçu rəqibinə daha dəqiq zərbələr endirə bilib.

Son 2 raundu da eyni tempdə keçirən həmyerlimiz görüşü 3-0 hesabı ilə qalib başa vurub.

13:29

Günün ilk qarşılaşması qadınlar arasında 57-60 kiloqram çəki dərəcəsində keçirilib. Fransalı Estell Mosseli ispan təmsilçisi Cennifer Miranda Maquedanı 3-0 hesabı ilə məğlub edib. İtaliya idmançısı Romina Marenda isə rumıniyalı İoana Meradan güclü olub: 3-0. Alman boksçusu Taşena Buqar da moldavalı Lilia Venglovskaianı eyni hesabla məğlub edib. Serbiya təmsilçisi Yelena Yeliç də macarıstanlı Vivien Ksombora heç bir şans verməyib. Görüş 2-0 hesabı ilə serb boksçusunun xeyrinə başa çatıb.

10:23

Bu gün Birinci Avropa Oyunlarında boks yarışlarının 1/8 final mərhələsinin döyüşləri keçiriləcək.

Teleqraf.com xəbər verir ki, bu gün 5 təmsilçimiz adını növbəti mərhələyə yazdırmağa çalışacaq.

Qadınların yarışında bu gün yalnız bir 60 kiloqramda görüşlər keçiriləcək. 27 yaşlı boksçumuz Yana Alekseyevna 1/8 finalda Finlandiya təmsilçisi Mira Potkoneni yarışdan kənarlaşdırmağa çalışacaq. Döyüş saat 13:30-da başlayacaq.

Avropa çempionumuz Pərviz Bağırov (69 kq) saat 14:15-də moldovalı Vasili Belusla qarşılaşacaq.

Ağır çəkili boksçumuz Abdulqadir Abdullayev (91 kq) macarıstanlı Adam Hamori ilə gücünü yoxlayacaq. Görüş saat 15:30-da başlayacaq.

64 kiloqram çəki dərəcəsində mübarizə aparan bokçumuz Lorenzo Sotomayor Moldovadan olan Dmitri Qalaqotu məğlub etməyə çalışacaq. Döyüş saat 20:30-da başlayacaq.

Saat 21:00-da Azərbaycanı 75 kiloqram çəki dərəcəsində təmsil edən Xaybula Musalov ilk qarşılaşmasını fransız Kristian Haller-Assomo Mbilliyə qarşı keçirəcək.

Uğur