Azərbaycanın taekvondo üzrə böyük məşqçisi Elnur Amanov idmançıların göstərdiyi nəticədən danışıb. Teleqraf.com xəbər verir ki, böyük məşqçi, nəticədən razı qaldıqlarını dilə gətirib:

"I Avropa Oyunlarında göstərilən nəticələrdən çox razıyıq. 3 qızıl, 1 gümüş və 1 bürünc medala sahib olduq. Düzdür, daha çox medal qazana bilərdik.

Deyərdim ki, bütün döyüşlər yaddaqalan oldu. I Avropa Oyunlarında Azərbaycan taekvandoçuları 3 dünya çempionuna qalib gəldi.

Bir necə günlük fasilədən sonra iyunun 29-dan idmançıların məşqlərə başlayacağıq”.