Cütlüklərin yarışında da Patrik Baum, Dmitriy Ovçarov duetini məğlub edən Fegerl Stefan və Daniel Habesohn Avstiyaya bürünc medal qazandırıblar.

17:36

İkinci görüşdə Almaniya təmsilçisi Timo Boll iştirak etmədiyinə görə Avstriyaya texniki qələbə verilib. Ümumi hesab 2-0 avstriyalıların xeyrinədir.

17:26

İlk görüşü avstriyalılar qalib başa vurdu. Daniel Habesohn Patrik Bauma 3-0 hesabı ilə qalib gəldi. Avstriya ümumi hesabda 1-0 önə keçdi.

17:02

Bakı İdman Zalında Avropa Oyunları çərçivəsində kişilər arasında komanda yarışlarında stolüstü tennis oyununda bürünc medal uğrunda görüş başlayır.

Teleqraf.com xəbər verir ki, Almaniya və Avstriya komandalarının qarşılaşmasında ilk oyun Patrik Baum və Daniel Habesohn arasında keçirilir.