Cənub bölgəsinin sevilən və milli folklorumuzu yaşadan "Nənələr" ansamblı birinci Avropa Oyunlarının açılışına “Yaşa Azərbaycan” adlı mahnı həsr edib.

"Bakı-2015" birinci Avropa Oyunlarının ölkəmizdə baş tutmasından böyük fərəh və sevinc hissi keçirən nənələr, öz təəssüratlarını milli ifaları ilə bölüşüblər.

Qeyd edək ki, 1970-ci ildə Lənkəran rayonunun Separadi kəndində altı bacı tərəfindən yaradılan bu qrupun repertuarında 100-ə qədər bayatı və mahnı var.