Ölkəmizi Bakı 2015 I Avropa Oyunlarında təmsil edəcək nümayəndə heyətinin siyahısı açıqlanıb

Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək idmançıların adları açıqlanıb.

Yarışlarda Azərbaycanı Triatlon idman növü üzrə 3 idmançı təmsil edəcək. Onlar Rostislav Pevtsov, Kseniya Levkovskaya, Aleksandr Yatsenkodur.

Azərbaycanı güləş üzrə isə ümumilikdə 24 idmançı təmsil edəcək. Onlardan 16-sı kişi, 8-i isə qadın güləşçidir.





Karate üzrə nümayəndə heyətimiz 12 idmançıdan ibarətdir. Bu idmançılardan 6-sı kişi, 6-sı isə qadındır.



Azərbaycanın mükafatlara ən çox iddialı olduğu idman növlərindən biri də cüdodur. Ölkəmizi cüdo üzrə ümumilikdə 18 idmançı təmsil edəcək. Onlardan 9-u kişi, 9-u isə qadındır.



Ölkəmizi I Avropa Oyunlarında təmsil edəcək boks üzrə nümayəndə heyətimiz 10 kişi və 5 qadın idmançıdan ibarətdir.



Azərbaycanı I Avropa Oyunlarında təmsil edəcək idmançıların tam siyahısı ilə buradan tanış ola bilərsiniz.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək həyəcanverici və innovativ yeni çoxsaylı idman növləri üzrə yarışlar olmaqla yanaşı kontinentdə ilk Avropa Oyunları olacaq.

Bakı-2015 Avropa Oyunları ümumilikdə 19 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaq. 17 yarış günü müddətində 6000-dən artıq idmançının öz ölkələrini təmsil edəcək.