BAKI, 1 iyul. TELEQRAF

Türkiyə xarici işlər naziri Hakan Fidan Ankaranın Rusiya-Ukrayna müharibəsinin mümkün qədər tez dayandırılmasını və tərəflər arasında hərtərəfli danışıqların başlanmasını istədiyini bildirib.

Teleqraf xəbər verir ki, o, bu açıqlamanı Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayevlə danışıqlardan sonra keçirilən mətbuat konfransında verib.

“Ukraynada davam edən müharibəni, onun nəticələrini və yayılma riskini müzakirə etdik. Rusiyaya son səfərimdən təəssüratlarımı və həmkarlarımızla təmaslardan sonra qiymətləndirmələrimi bölüşdüm. Bu gün bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq. Məqsədimiz və istəyimiz müharibəni mümkün qədər tez bitirmək və hərtərəfli sülh danışıqlarına başlamaqdır. Bu məsələdə Qırğızıstanla yekdilik”, - o bildirib.