BAKI, 30 iyun. TELEQRAF

Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Vladimir Zelenski ilə əlaqələrini məhdudlaşdırmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə “Dziennik Gazeta Prawna” Polşa Prezident Administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.

Nəşrin məlumatına görə, bu addımın səbəbi Polşada tarixən mübahisəli və ağrılı mövzu hesab edilən “Ukrayna Qiyamçı Ordusu”nun (UQO) Ukraynada qəhrəmanlaşdırılması siyasəti ilə bağlıdır.

Xatırladaq ki, Polşa Prezidenti Karol Navrotskinin Ukrayna Prezidenti Volodimir Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsi qərarından sonra Varşava və Kiyev arasında münasibətlər gərginləşib. Navrotskinin sözlərinə görə, bu qərar Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin bölmələrindən birinə “Ukrayna Qiyamçı Ordusunun Qəhrəmanları” adını verməsi səbəbindən qəbul edilib. Polşa Prezidenti Zelenskinin “Ağ Qartal” ordenindən məhrum edilməsindən sonra Ukraynanın keçmiş prezidentləri Viktor Yuşşenko, Leonid Kuçma və Petro Poroşenko da müvafiq mükafatlardan imtina ediblər.

Polşa “Ukrayna Qiyamçı Ordusu”nu 1940-cı illərdə polyaklara qarşı qətliamda ittiham edir.