BAKI, 29 iyun. TELEQRAF
“Ermənistan vətəndaşlarının son seçkiləri Rusiyanın təsirinə və təzyiqinə qarşı mübarizə vasitəsi kimi ölkənin avropayönlü hökumətinə olan inamlarını bir daha təsdiqləyib”.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.
“Erməni seçiciləri iyunun 7-də keçirilən parlament seçkilərində ölkənin avropayönlü hökumətinə dəstəyini növbəti dəfə təsdiqlədilər. Bu, Rusiyanın təzyiqini azaltmaq və Avropa ilə əlaqələri dərinləşdirmək istəyinin davam etdiyini göstərir”, - nazir bildirib.
Vadeful əlavə edib ki, cəmiyyəti bparçalamağa yönəlmiş Rusiya təbliğatına baxmayaraq, Ermənistan və bir sıra digər ölkələr öz suveren yollarını seçmək əzmini nümayiş etdirirlər.