BAKI, 28 may. TELEQRAF
ABŞ-nin Kiyevdəki səfirliyi Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın amerikalı diplomatların Ukrayna paytaxtını tərk etməsi barədə bəyanatını təkzib edib.
Teleqraf xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, ABŞ diplomatik missiyası Kiyvdə fəaliyyətini davam etdirir və şəhəri tərk etmir.
Bununla yanaşı, diplomatik nümayəndəlik ABŞ vətəndaşlarına xəbərdarlıq edərək, hazırkı vəziyyətlə əlaqədar Ukraynaya səfər etməməyi tövsiyə edib.
***
11:20
Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Georgi Tixiy ABŞ-nin Kiyevdəki səfirliyinin təxliyə olunması ilə bağlı məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, o, ABŞ diplomatik missiyasının Ukrayna paytaxtını tərk etmədiyini bildirib.
Qeyd edək ki, bundan əvvəl Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas ABŞ səfirliyinin Kiyevi tərk etdiyini, Aİ ölkələrinin diplomatik nümayəndəliklərinin isə Ukrayna paytaxtında fəaliyyətini davam etdirdiyini bəyan etmişdi.