BAKI, 22 may. TELEQRAF

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb ölkələrinin Rusiyaya fiziki hücum ssenarisini nəzərdən keçirdiklərini bildirib.

Teleqraf xəbər verir ki, o, mövcud durumu İkinci Dünya müharibəsindən əvvəlki vəziyyətlə müqayisə edib.

Lavrov xatırladıb ki, İkinci Dünya müharibəsindən əvvəl Hitler Almaniyası bütün Avropanı öz bayrağı altında birləşdirmişdi.

“İndi də vəziyyət tam olaraq belədir, eyni nasizm və revanşizm bayrağı altında birləşənlər Rusiyaya qarşı ümumavropa hücum qrupu yaradırlar. Artıq təkcə hibrid metodlar yox, həm də fiziki hücum barədə düşünürlər. Bu qrupun rəhbəri Adolf Hitler yox, nasist şüarları daşıyan Volodimir Zelenskidir”, - Rusiya xarici işlər naziri əlavə edib.