BAKI, 14 aprel. TELEQRAF

“İtaliya mövcud vəziyyəti nəzərə alaraq, İsraillə müdafiə müqaviləsinin avtomatik olaraq yenilənməsini dayandırmaq qərarına gəlib”.

Teleqraf xəbər verir ki, bunu İtaliya Baş naziri Corciya Meloni deyib.

Müqavilə hərbi texnika və texnoloji tədqiqatların mübadiləsini nəzərdə tutur.

Meloni həmçinin qeyd edib ki, beynəlxalq vəziyyət ABŞ və İran arasında sülh danışıqlarının irəliyə aparılması, durumun sabitləşdirilməsi üçün bütün mümkün səylərin göstərilməsi və Hörmüz boğazının açılması üzərində davamlı iş tələb edir, bu isə İtaliya üçün, digər məsələlərlə yanaşı, fundamental əhəmiyyət kəsb edir.

“Yalnız yanacaq təchizatı yox, həm də gübrələr baxımından”, - Corciya Meloni vurğulayıb.