BAKI, 23 fevral. TELEQRAF
“Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında mümkün görüş sülhün gəlişini sürətləndirə bilər”.
Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.
Nazir bildirib ki, müharibənin dayandırılması üçün Rusiyada güzəşt istəyi görmür.
“Əlbəttə, danışıqlara hazır olmalıyıq, Prezident Zelenski də hazırdır. Amma indi nəsə verməyə hazır olduğunu göstərmək növbəsi Rusiyanındır. Bu, aktual məsələdir, Avropa Ukraynanın tərəfində olmalıdır”, - Vadeful qeyd edib.
Almaniya xarici işlər naziri əlavə edib ki, Vladimir Putin danışıqlara hazır olan kimi görüş baş tutmalıdır:
“Əgər Rusiya, cənab Putin danışıqlara hazırdırsa, cənab Zelenski onunla görüşə bilər”.