BAKI, 19 dekabr. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Xarkov vilayətinin Kupyansk şəhərindən yaydığı videoya ironiyalı münasibət bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə ənənəvi illik mətbuat konfransında danışıb.
“Niyə qapıda dayanırsan? İçəri keç”, - Putin deyib.
Rusiya lideri Volodimir Zelenskinin dayandığı yerin şəhərdən bir kilometr məsafədə yerləşdiyini iddia edib. Putin onu da iddia edib ki, Kupyanskın hava məkanı dronlarla örtülüb və bu da şəhərə asanlıqla yaxınlaşmağı mümkünsüz edir.
Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının noyabrın 20-də ələ keçirdiyini elan etdiyi Xarkov vilayətinin Kupyansk şəhərinə səfər edib. Dövlət başçısı şəhərdə hərbçilərlə görüşüb, sosial mediada səfərinə dair video və fotolar paylaşıb.