BAKI, 11 dekabr. TELEQRAF

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynanın bir sıra şəhərlərinin ruslar tərəfindən salındığını iddia edib.

Teleqraf xəbər verir ki, o, bu barədə səfirlərlə keçirilən dəyirmi masada bildirib.

“Cənub-Şərqi Ukrayna, Odessa, Nikolayev rusların qurduğu ərazilər və şəhərlərdir”, - Rusiya naziri iddia edib.

Lavrov əlavə edib ki, Ukraynanın bu ərazilərindəki zavod və limanlar da ruslar tərəfindən tikilib.

“Sonra Sovet İttifaqı çərçivəsində bu torpaqlar bürokratik şəkildə Ukraynaya verildi”, - Rusiya XİN rəhbəri bildirib.