BAKI, 28 noyabr. TELEQRAF
Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin noyabrın 27-də Ankarada (Türkiyə) səfərdə olub cə Ukrayna ilə bağlı bir sıra görüşlər keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya KİV-ə Türkiyə xarici işlər naziri Hakan Fidan bildirib.
Xarici işlər nazirinin sözlərinə görə, Rusiya xarici kəşfiyyatının rəhbərinin səfəri çərçivəsində qapılar arxasında müzakirələr aparılıb, görüşlərin məzmunu və nəticələri barədə əlavə məlumat verilməyib. Hakan Fidan yalnız qeyd edib ki, tərəflər regional vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.