BAKI, 22 noyabr. TELEQRAF
Rusiya ordusu Odessa vilayətinin cənubunda, Rumıniya ilə sərhəddə yerləşən Orlivka keçid məntəqəsinə PUA ilə zərbə endirib, xəsarət alanlar var.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna vilayətinin Gömrük Xidməti məlumat yayıb.
Açıqlamaya görə, noyabrın 22-nə keçən gecə Rusiyaya məxsus pilotsuz uçan aparat Orlivka kompleksinin infrastrukturuna ziyan vurub.
“Orlivka beynəlxalq nəzarət-buraxılış məntəqəsi fəaliyyətini müvəqqəti dayandırıb. Hazırda fəsadların aradan qaldırılması üçün bütün lazımi tədbirlər görülür”, - məlumatda bildirilib.