BAKI, 19 noyabr. TELEQRAF

Ukrayna Ali Radası Svitlana Qrinçuku energetika naziri vəzifəsindən azad edib.

Teleqraf xəbər verir ki, Ali Rada nazirin istefasını 315 səslə dəstəkləyib.

Xatırladaq ki, Svitlana Qrinçuk istefa ərizəsini noyabrın 12-də energetika sahəsində korrupsiya qalmaqalı fonunda təqdim edib. O, peşə fəaliyyətində heç bir qanun pozuntusunun olmadığını bildirib.