BAKI, 13 noyabr. TELEQRAF

“Ukraynaya maliyyə yardımı məsələsi Almaniyanın əvvəlki hökumətinin dağılmasına səbəb olub”.

Teleqraf xəbər verir ki, bunu Almaniyanın keçmiş kansler Olaf Şolts “Die Zeit”ə müsahibəsində deyib.

Siyasətçi bildirib ki, onun kabinetində parçalanma Ukrayna və onun Almaniyadakı vətəndaşlarına dəstək üçün əlavə tədbirlərə 15 milyard avroya yaxın vəsaitin ayrılması məsələsi ilə bağlı yaranıb.

Şolts hesab edir ki, Ukrayna üçün lazım olan vəsaitlər borc limitini aşmamaq şərti ilə tapılsaydı, onun hökumətində böhranın qarşısını almaq olardı.

Keçmiş kansler Almaniyanın hazırkı hökumətini məsələ ilə bağlı ölçülü addımlar atmağa çağırıb.