BAKI, 24 oktyabr. TELEQRAF

“Şimali Kipr Türk Cümhuriyyəti ilə münasibətlərimiz AKP hökuməti dövründə necə idisə, bundan sonra da eyni şəkildə davam edəcək”.

Teleqraf xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tufan Ərhürmanın Şimali Kipr prezidenti seçilməsini şərh edərkən deyib.

“Bizim Şimali Kiprə qarşı pis və ya tərs baxmamız heç vaxt mümkün deyil. Bu, vacib bir seçimdir və Kipr türklərinin iradəsinə böyük hörmətimiz var. Buna görə də onları təbrik etdik. Şimali Kiprə boşuna investisiyalar yatırmamışıq”, - o bildirib.

Prezident Ərdoğan Şimali Kiprin yeni lideri Ərhürmanı təbrik etdiyini xatırladıb:

“Seçkilər keçirildi, biz də demokratiyaya inanan bir lider olaraq, telefonla seçkini qazanan namizədi təbrik etdik. Dedik ki ki, hazırda Körfəzdə səfərdəyəm, bundan sonra qapımız sizə açıqdır, gəlin, sizi gözləyirik. Onlar da bu səfəri həyata keçirəcəklərini bildirdilər. Biz bir-birimiz üçün yad deyilik, görüşəcəyik. İnşallah, bu həftəsonuna qədər bu səfər baş tutarsa, onlar ilə birlikdə Türkiyə-Şimali Kipr Türk Cümhuriyyəti münasibətlərini geniş şəkildə müzakirə edəcəyik”.